Elxan Məmmədov: "Bəzən tənqidlər üçün darıxıram"

Bu gün AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçirilir.

Newsport.az-ın məlumatına görə, konfransda qurumun sabiq baş katibi, hazırda FIFA-da çalışan Elxan Məmmədov da iştirak edib. O. son 16 il ərzində Azərbaycan futbolunda inkişafın olduğunu bildirib:

"Sizi görməyə çox şadam. Mənim üçün sizin qarşınızda çıxış etmək, ikiqat yox, onqat həyəcanlıdır. Biz birlikdə 15 il ərzində işləmişik. Dünən axşam düşünürdüm ki, bu gün nə çıxış edəcəm? Çünki hər zaman qarşınızda çıxış etməmişdən qabaq buna hazırlaşırdım. Ancaq axşam düşündüm ki, hazırlaşmayacam və ürəyimdən keçən sözləri sizə çatdıracam. Çalışacam ki, səmimi olum. Hörmətli Rövnəq müəllim, 15 il sizinlə işləmək mənim üçün şərəf idi. Bu 15 il ərzində siz əməkdaşlara böyük hörmətlə yanaşırdız, öz təcrübənizi, biliyinizi əməkdaşlarla bölüşürdünüz. Sizinlə çalışmaq mənim beynəlxalq karyeram üçün böyük kömək oldu. Həmin təcrübədən istifadə etməyə davam edirəm. “Neftçi”də 2004-cü ilə futbol fəaliyyətinizə başlamısız, Azərbaycan çempionu olduz, Birlik Kubokunu Bakıya gətirdiniz. Daha sonra AFFA prezidenti seçildiniz. Səhv etmirəmsə, martın 16-da idi, elə həmin qalstukdan istifadə edirdiz. İnternetdən həmin vaxtkı şəkilləri axtarırdım. Bəlkə də səhv etdim, yenidən tənqid etmək üçün də mövzu olar(gülür). Bəzən həmin tənqidlər üçün də darıxıram.

O vaxt Bakıda iki stadionumuz var idi. 16 il ərzində Bakı şəhərində infrastuktur yarandı, “Dalğa Arena”, “Bakcell Arena”, “Bayıl Arena”, bazalar, məşq stadionları tikildi. Bu təşəbbüsə klublar da qoşuldu. Cənab prezident də dəstəyini göstərdi. Dövlət və AFFA, klublar tərəfindən inşa edilmiş meydançalardan indi də 100 faiz istifadə edilir. Son iki ildə beynəlxalq təcrübə qazanıram. Xarici ölkələrə gedəndə görürəm ki, inşa edilmiş stadionlardan istifadə edilmir. Amma bizdə nə inşa olunubsa, maksimum istifadə edilir. 

“Qarabağ”ı təbrik edirəm. Tarix yazdıq. Beynəlxalq fubtol və idman ictimaiyyəti “Qarabağ”dan danışır. Əvvəlki illərdə püşkatmadan əvvəl danışırdıq ki, nisbətən zəif rəqib düşsün. Amma indi həmin komandalar müzakirə edirlər ki, “Qarabağ” qarşımıza çıxmasın. “Qarabağ” sürpriz edən komandadır. Stabilliyi sübut etdi. Vaxtilə “Neftçi” qrup mərhələsində çıxış etdi, daha sonra “Qəbələ” ardıcıl iki il qruplarda oynadı. Ardınca “Qarabağ” daim Avropanın rezidenti oldu.

Milli hələlik bizi çox da sevindirmir. Amma klublarımız inkişaf etsə, yaxın gələcəkdə milli final mərhələsində iştirak edəcək. Beynəlxalq arenada Azərbaycan futbol ölkəsi kimi tanınır. PFL rəhbərliyinə də təşəkkür edirəm. Təəssüflər olsun ki, iki nümayəndəsi burada yox, xəstəxanadadır. Onlara şəfa arzulayıram. Ümid edək ki, ikisi də kubokun finalında səhnədə olacaq və qalibə kuboku təqdim edəcək. 

Rövşən Nəcəfə uğurlar azulayıram. Məsuliyyətli işdir. FIFA və UEFA olaraq öz dəstəyimizi davam etdirəcəyik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right