İcraiyyə Komitəsinin yeni tərkibi təsdiqləndi

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin yeni tərkibi seçilib.

Newsport.az xəbər verir ki, qurumun bu gün keçirilən Hesabat-Seçki Konfransında aşağıda adları qeyd olunan şəxslər İK-nin üzvləri seçiliblər:

AFFA İcraiyyə Komitəsi üzvlüyünə namizədlər

Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer

  1. Səməd Qurbanov – “Neftçi” PFK tərəfindən
  2. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən
  3. Xəyal Cəfərov – “Sumqayıt” FK tərəfindən
  4. Qurban Qurbanov – “Qarabağ” FK tərəfindən
  5. Maqsud Adıgözəlov – “Sabah” FK tərəfindən

Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer

  1. Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
  2. Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
  3. Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer

  1. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən
  2. Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən

Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer

  1. Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən
  2. Leyla Xəlilova – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən

Qeyd edək ki, AFFA-nın yeni prezidenti Rövşən Nəcəf də İK-də təmsil olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right