Azərbaycan – İsveçrə oyununun hakimləri məlum oldu

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin i Avropa çempionatının seçmə mərhələsi çərçivəsində evdə İsveçrə yığmasına qarşı keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb.

Newsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

Referi Alina Peşu olacaq. Ona yan xətt hakimləri Daniela Konstantinesku və Petruta Yuqulesku kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kristina Trandafir yerinə yetirəcək.

Qeyd edək ki, B Liqasının I qrupunun oyunu aprelin 9-da “Liv Bona Dea Arena”da keçiriləcək və saat 16:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right