“Beşiktaş”ın prezidenti Juninyo üçün danışıq aparacaq

“Beşiktaş” “Qarabağ”ın hücumçusu Juninyo Olavionun transferində israrını davam etdirir. Newsport.az xəbər verir ki, Türkiyə klubu artıq rəhbərlik səviyyəsində bu işə əl atıb.

Belə ki, İstanbul nəhənginin prezidenti Hasan Arat məsələni şəxsən öz nəzarətinə götürüb. Türkiyə mətbuatının iddiasına görə, “Qarabağ”ın fəxri prezidenti Abdulbari Gözəllə münasibətləri yaxşı olan “Beşiktaş”ın rəhbəri bu məsələ ilə bağlı onunla görüşməyə hazırlaşır.

Hasan Arat Azərbaycan çempionunu müəyyən məbləğdə təzminat qarşılığında razı salmağa çalışacaq. Bir müddət əvvəl “Qarabağ”ın keçid üçün 8 milyon avro tələb etdiyi, lakin Türkiyə təmsilçisinin bununla razılaşmadığı bildirilmişdi.

Qeyd edək ki, Juninyonun “Qarabağ”la sözləşməsi 2026-cı ilin yayına qədərdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right