"Azərbaycan millisində debütüm pis olmadı"

“Azərbaycan millisində debütüm pis olmadı. Böyümək üçün imkan var”. Newsport.az xəbər verir ki, bunu Azərbaycan yığmasının yarımmüdafiəçisi Emil Mustafayev klubu “Polesye”nin rəsmi saytına açıqlamasında deyib.

22 yaşlı futbolçu ötən ay Bakıda Monqolustan (1:0) və Bolqarıstanla (1:1) keçirilən yoldaşlıq görüşlərini dəyərləndirib.

O, Monqolustanla qarşılaşmada ələ düşən şansları qaçırdıqlarını söyləyib: “Monqolustan üzərində 1:0 hesablı qələbə qazandıq. Çox maraqlı oyun oldu. Matçboyu onlara təzyiq göstərdik. Kifayət qədər şanslar yarandı, qola çevirə bilmədik. Lakin bu üstünlüyü son dəqiqə qolu ilə lehimizə çevirdik”.

Yarımmüdafiəçi Bolqarıstanla görüşün daha çətin keçdiyini sözlərinə əlavə edib: “İkinci oyun bolqarlarla oldu. Budəfəki rəqib daha peşəkar və güclü idi. Düzdü, bolqarlarla oyun monqollarla müqayisədə daha çətin idi”.

Qeyd edək ki, Emil Mustafayev bu mövsüm “Polesye”nin heyətində Ukrayna çempionatında 11 oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right