“Lunyovun “Qarabağ” seçimi özünü doğrultdu”

“Qarabağ”ın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov rusiyalı oyunçunun cari mövsümdəki çıxışını dəyərləndirib. Newsport.az xəbər verir ki, o, 32 yaşlı qolkiperin Ağdam klubundakı performansına yüksək qiymət verib:

“Andreyin Avropa Liqasında 10 oyunu oldu, həm qrup mərhələsində, həm də pley-offda yüksək göstəricilərə imza atdı, yaxşı oyun nümayiş etdirdi. Lunyov Avropa Liqasında “seyvlərin” sayına görə hələ də birinci yerdədi. “Bayer”də iki mövsümdə 3 rəsmi oyun keçirəndən sonra 27 matçda iştirak etmək yaxşı nəticədi”.

Onun fikrincə, Lunyov Rusiya yığmasına yenə dəvət alacaq: “Təəssüf ki, millidə oynaya bilmədi, İnanıram ki, yenə çağırılacaq və meydana çıxacaq. O, çıxışı ilə yığmağa çağırılmağa layiq idi. İndi əminliklə deyə bilərik ki, “Qarabağ” seçimi özünü doğrultdu. Səhv etmədiyimiz üçün ürəkdən şadam. Rusiya Premyer Liqasından hansısa təklifi qəbul edə və ya başqa vartiant axtara bilərdik. Amma hər şeyi düzgün etdik”.

Anton Smirnov “Qarabağ”ın çempionluğu rəsmiləşdirməsinə baxmayaraq, qalan görüşlərə də ciddi yanaşacağını hesab edir: “Mövsüm bitməyib, hələ kubok oyunları və 8 çempionat matçı var. Arxayınlaşa bilmərik. Bu münasibət yaralanmalara səbəb ola bilər. Düzdü, çempionatda istəklərinə çatdılar. Bu da uğurlu işin bəhrəsidi”.

Qeyd edək ki, Andrey Lunyov “Qarabağ”a ötən yay “Bayer”dən keçib. Onun ağdamlılarla müqaviləsi mövsümün sonuna qədərdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right