"Sabah"ın U-13 komandası İtaliyada mərhələ adladı

İtaliyanın Ravenna şəhərində, “Ravenna Cup” beynəlxalq turnirində iştirak edən “Sabah”ın U-13 komandası növbəti oyunlarını keçirib.

Newsport.az xəbər verir ki, komanda İtaliyanın “Piza” klubunu 3:0, Lüksemburqun “Benfika Eskola” komandasını 3:2 məğlub edib, “Rosina” (İtaliya) məğlub olub (1:2).

Bu nəticələrdən sonra qrup mərhələsini birinci pillədə başa vuran Nasir Nəsirlinin komandası növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, komanda daha öncə keçirilmiş matçda yerli “Zambra”ya 2:0 hesabı ilə qalib gəlmişdi. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right