Rövnəq Abdullayev Vaqif Sadıqovu təbrik edib

AFFA-nın prezidenti Rövnəq Abdullayev veteran futbolçu, Məşqçilər Komitəsinin sədri, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqovla görüşüb.

Newsport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. R.Abdullayev V.Sadıqovu 65 illik yubileyi münasibəti ilə təbrik edib, ona cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, bu gün V.Sadıqovun 65 yaşı tamam olur. "Neftçi"nin də oyunçusu olmuş V.Sadlqov karyerasını başa vurduqdan sonra, 1993-cü ildən başlayaraq 2014-cü ilədən məşqçilik edib. O, "Neftçi" də daxil olmaqla bir neçə klubda, eləcə də Azərbacanın əsas və U-21 milli komandalarında baş məşqçi işləyib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right