“Zirə”nin futbolçusu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib

“Zirə”nin futbolçusu İsmayıl İbrahimli Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Newsprot.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XXVIII turunun “Sabah”la səfər matçına (1:0) start heyətində çıxıb.

İbrahimli bu görüşlərdə 5 qola imza atıb. 2015/2016 mövsümündə “Şüvəlan”ın heyətində debüt edən yarımmüdafiəçi bu müddətdə üç klubda çıxış edib.

O, ilk klubunda 1, “Qarabağ”da 77, “Zirə”də 22 dəfə şans qazanıb. İbrahimli bütün qollarını Ağdam klubunda vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right