Fransa çempionatında ən çox maaş alan oyunçunun adı açıqlandı

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa Liqa 1-də ən çox maaş alan oyunçudur.

Newsport.az xəbər verir ki, o, komanda yoldaşı Osman Dembeledən təxminən altı dəfə çox qazanır.

Bu barədə Fransanın nüfuzlu “L'Equipe” nəşri məlumat yayıb.

Mbappenin PSJ-də maaşı aylıq 6 milyon avrodur (həftədə 1,5 milyon avro). Dembele ayda 1,2 milyon avro qazanır və liqada ən çox maaş alan 10 oyunçu arasında ikincidir.

Xatırladaq ki, daha əvvəl Kilian Mbappenin böyük ehtimalla yay “transfer pəncərəsi”ndə Paris klubundan ayrılaraq karyerasını “Real”da davam etdirəcəyi bildirilirdi. Bu mövsüm 25 yaşlı fransalı hücumçu bütün turnirlərdə 37 oyun keçirib, 38 qol vurub və 8 məhsuldar ötürmə edib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right