Avstraliya mətbuatı: "Premyer Liqanın "Qarabağ" üçün asan keçməsi təəccüblü deyil"

Avstraliya mətbuatı da “Qarabağ”ın Avropa Liqasındakı uğurlu çıxışına biganə qalmayıb.

Newsport.az xəbər verir ki, “ESPN Australia” heç bir intriqanın qalmadığı çempionatlardan yazarkən, “Qarabağ” da Azərbaycan Premyer Liqasındakı dominantlığını qeyd edib: 

"Qarabağ" "Bayer"i Avropa Liqasından kənarlaşdırılmağın astanasındaydı (2:2, 2:3). Bununla da, diqqətləri öz üzərinə çəkdi. "Bayer"lə oyunlara baxdıqda, Azərbaycan Premyer Liqasının “Qarabağ” üçün asan keçməsi təəccüblü deyil".

Qeyd edək ki, "atlılar" "Sabah"ı 26 xal qabaqlayır və Azərbaycan kubokunda da yarımfinala adlayaraq “qızıl dubl”u gerçəkləşdirəcəyini ümid edir. Hansı ki, onlar gözlənilmədən ötən mövsüm turnirin 1/4 final mərhələsindən kənarda qalaraq “qızıl dubl”u reallaşdıra bilməmişdilər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right