"Bayer"in kapitanı: "Qarabağ"dan qat-qat yaxşı formada idik"

Almaniyanın "Bayer" klubunun kapitanı Robert Andrix Avropa Liqasının 1/8 final mərhələsinin Leverkuzendə “Qarabağ” üzərində qazandıqları cavab oyunundakı (3:2, ilk oyun – 2) qələbəni şərh edib.

Newsport.az “Kicker”ə istinadən xəbər verir ki, Andrix Ağdam klubundan yaxşı oynadıqlarını deyib:

"Baş verənləri necə adlandıracağımı bilmirəm. Oyunun gedişatı tamamilə bizə qarşı idi. Şik qələbə qolunu vurduqdan sonra sonra düşündüm ki, “yəni, bunu yenə edə bildik”?. Biz çox yaxşıyıq. “Qarabağ”dan qat-qat yaxşı formada idik. Bu doğrudur. Gözəl oldu, amma əlavə vaxta qədər saxlamağa ehtiyac yox idi. Məncə, azarkeşlərin də bu cür ssenariyə ehtiyacı yoxdur. Çünki insanların ürəyi bir neçə dəfə dayanıb”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right