“Beşiktaş” da Juninyoya müştəri oldu “Bayer”lə oyunu canlı izləyəcəklər

“Qarabağ”ın hücumçusu Juninyo daha bir klubun maraq dairəsinə düşüb.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, braziliyalı forvard uğrunda mübarizəyə “Beşiktaş” da qoşulub.

“Ağ-qaralar”ın idman direktoru Samet Aybaba hətta ondan ötrü Almaniyaya səfər edəcək. Təcrübəli mütəxəssis Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə “Qarabağ” arasında keçiriləcək cavab qarşılaşmasını tribunadan izləyəcək. O, “Bayer”dən də bir neçə oyunçunu “qaralayıb”.

Qeyd edək ki, “Bayer” – “Qarabağ” oyunu martın 14-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right