“Qarabağ”ın forvardı üçün Fransadan gəldilər

“Qarabağ”ın hücumçusu Juninyo Avropa klublarının diqqətini cəlb etməkdədir.

Newsport.az saytına verilən məlumata görə, braziliyalı hücumçu üçün növbəti təklif Fransadan gəlib.

Belə ki, Liqa 1-də mübarizə aparan “Lans” Juninyonu yayda transfer etməkdə maraqlıdır.

Məlumata görə, Fransa klubunun skautları Juninyo üçün Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ” – “Bayer” görüşünü stadiondan canlı izləyiblər.

27 yaşlı futbolçu 2023-cü il iyulun 1-də “Qarabağ”a keçib. O, 2026-cı il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right