“Bayer” Bakıya azarkeş gətirir Xərcləri klub qarşılayacaq

“Bayer” rəhbərliyi Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la keçiriləcək oyun öncəsi azarkeşlərinə jest edib.

Newsport.az xəbər verir ki, Almaniya klubu bir qrup fanatın Bakıya səfərini təşkil edəcək.

Leverkuzenlilər bununla bağlı azarkeşlərə müraciət edib. Bildirilib ki, azarkeşlərin səfər xərci və hər biri 16 avro dəyərində olan bilet pulu klub tərəfindən qarşılanıb. Fanatlar çarter reysi ilə Bakıya gəlmək imkanına sahib olacaqlar.

Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ilk oyun saat 21:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right