“Bayer”in kapitanı “Qarabağ”la oyunu dəyərləndirdi

“Bayer”in kapitanı Conatan Ta Almaniya Bundesliqanın 24-cü turunda “Köln”lə keçirilən oyundan sonra fikirlərini bildirib. Newsport.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri görüşü dəyərləndirib.

28 yaşlı mərkəz müdafiəçisi onları indi “Qarabağ”a qarşı daha çətin oyun gözlədiyini deyib: “Bütün diqqətimizi yorucu olacağı gözlənilən Bakı səfərinə yönəltməliyik. “Qarabağ”la matçdan sonra “Volfsburq”la ev qarşılaşmasına hazırlaşmalıyıq”.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” oyunu saat 21:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right