"Neftçi"nin legioneri: "Ümid edirəm ki, sonuncu qolum deyil"

"Neftçi"nin müdafiəçisi Ervin Koffi klubun yutub telekanalına müsahibə verib.

Newsport.az xəbər verir ki, Premyer Liqanın 23-cü turunun "Zirə"(1:0) ilə görüşündə komandasına qələbəni gətirən qolu vuran Koffi bununla bağlı danışıb:  

"Neftçi"nin heyətində ilk qolumu vurdum. Bu məni çox sevindirir. Ümid edirəm ki, sonuncu qolum deyil. "Zirə" ilə görüşün ağır keçəcəyini isə öncədən də bilirdik. Çox sevindim ki, azarkeşlərimizin qarşısında qalib gəlib, üç xal qazandıq. Vurduğum qol komandaya qələbə qazandırdı. Amma bu tək mənim yox, bütün kollektivin qələbəsdir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right