"Qarabağ"ı keçmək üçün hər şeyə sahibik" "Braqa"nın futbolçusu

"Bu, vacib bir qol idi. Çünki komandaya kömək edə bildim. Çox güclü və çox yaxşı təşkil olunmuş komanda ilə oyunda yenidən qalib gəlməyi bacardıq".

Newsport.az xəbər verir ki, bu sözləri "Braqa"nın futbolçusu Şer N'dour Portuqaliya çempionatının son turunda ötən gecə "Farense"yə qalib gəldikləri (2:1) oyundan sonra deyib.

Müqavilə ilə PSJ-yə məxsus olan və icarə əsasında "Braqa"da çıxış edən italiyalı yarımmüdafiəçi oyunda qələbə qolunun müəllif olub. O, Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ"la keçiriləcək cavab matçı haqda da fikirlərini bildirib:

"İndi dincəlmək, məşq etmək və "Qarabağ"la oyuna hazırlaşmaq vaxtıdır. Biz hər şeyi xeyrimizə çevirmək və növbəti mərhələyə keçmək üçün lazım olan hər şeyə sahibik. Qələbə ruhunu qaytarmaq vacib idi. Biz hamımız sona qədər birlikdə əziyyət çəkdik və bu belə də davam edəcək”.

Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq "Qarabağ" - "Braqa" görüşü saat 21:45-də başlayacaq. Bu komandalar arasında Portuqaliyada keçirilən ilk matç Ağdam təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right