İntizam Komitəsi cəzaları açıqladı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Misli Premyer Liqası, 22-ci tur

“Kəpəz” – “Səbail” oyununda “Kəpəz” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilib.

“Kəpəz” – “Səbail” oyununun fasiləsində “Kəpəz” klubunun 3 nömrəli futbolçusu Vurğun Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Kəpəz” klubu 500 manat cərimə edilib.

“Kəpəz” – “Səbail” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” klubu 700 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Neftçi” oyununun fasiləsində “Araz-Naxçıvan” klubunun məşqçisi Vadar Nuriyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Araz-Naxçıvan” klubu 1500 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Neftçi” oyununda “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” klubu 700 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Neftçi” oyununun 90+3-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi” klubu 1000 manat cərimə edilib.

I Liqa, 14-cü tur

“Araz Saatlı” – “Zaqatala” oyununda “Araz Saatlı” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilib.

“Araz Saatlı” – “Zaqatala” oyununda “Araz Saatlı” klubunun baş məşqçisi Rüfət Quliyevin “A buraxılışı” vəsiqəsi olmadığına görə “Araz Saatlı” klubu 50 manat cərimə edilib.

Əvəzedicilər Liqası, 22-ci tur

“Kəpəz-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilib.

“Araz-Naxçıvan-2” – “Neftçi-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilib.

“Zirə-2” – “Sumqayıt-2” oyununun 90+3-cü dəqiqəsində “Zirə-2” komandasının 87 nömrəli futbolçusu İlqar Əhmədov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Zirə-2” komandası 50 manat cərimə edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right