Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı

19-22 mayda Böyük Britaniyanın Mançester şəhərində keçiriləcək taekvondo üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandoust və böyük məşqçi Sənan Həşimov, qadınlardan ibarət milli komandanın baş məşçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında ölkəmizi 13 idmançı təmsil edəcək.

Belə ki, kişi taekvndoçulardan Səyyad Dadaşov (54 kq), Pərviz İsgəndərov (58 kq), Qaşım Maqomedov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (-80 kq), Milad Hərçəqani (87 kq), və Radik İsaev (87 kq yuxarı) mübarizə aparacaq.

Qadınlardan Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Röya Hacıyeva (53 kq), Fatimə Məcidova (57 kq) və Fəridə Əzizova (67 kq) dayanq üzərinə çıxacaq.

Parataekvondo komandasının da heyəti bəllidir. Qitə çempionatına qatılacaq millinin baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun yetirmələrindən Röyalə Fətəliyeva (47 kq), Sabir Zeynalov (58 kq), Sadiq Həmidov (63 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) medallar uğrunda mübarizə aparacaq. Xatırladaq ki, paraetaekvondoçuların da Avropa çempionatı eyni məkanda keçiriləcək.

Beynəlxalq dərəcəli referi Oh Kvanq Çeol və Ramal Camalov çempionatda ölkəmizi təmsil edəcək.

17 mayda Mançester şəhərinə yollanacaq millimiz mayın 24-də ölkəyə qayıdacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah