"Barselona" qışda transfer etdiyi hücumçunu icarəyə verir

"Barselona" qışda transfer etdiyi Vitor Roke ilə bağlı qərar verib.

Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisi braziliyalı hücumçunu icarəyə verəcək. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

Məşqçilər korpusu Rokenin performansından məmnun deyil. Buna görə də 19 yaşlı forvardın daha çox oynaması və formada olması üçün onun başqa komandaya icarəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, "Barselona" Vitor Rokeni bu ilin yanvar ayında Braziliyanın "Atletiko Paranaense" klubundan transfer edib. Gənc hücumçu La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 2 qol vurub. Onun İspaniya klubu ilə müqaviləsi 2031-ci ilin sonuna kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right