Xorvatiya çempionatında 5-ci turun matçları keçirilir.
Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin forvardı Mahir Emrelinin formasını geyindiyi "Dinamo" da növbəti matçını oynayıb.
Zaqreb klubu "Hayduk"u evdə 4:1 hesabı ilə məğlub edib.
Emreli sona qədər ehtiyatda oturub.
“Dinamo” 5 turdan sonra 13 xalla liderdir.