“Qarabağ”ın rəqibindən ilk oyunda çətin qələbə

Futbol üzrə Macarıstan çempionatında 2022/23 mövsümünə start verilib.

Newsport.az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Ferentsvaroş” da yeni mövsümdə ilk matçına çıxıb.

Son çempion ilk turda “Puşkaş Akademiyası” ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyunun 90+4-cü dəqiqəsində Kristoffer Zakariassenin vurduğu yeganə qol sayəsində qələbə qazanıb – 1:0.

Xatırladaq ki, “Qarabağ”ın “Ferentsvaroş”la ilk oyunu avqustun 3-də Bakıda, cavab oyunu ayın 9-da Budapeştdə baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right