Azərbaycan millisindən imtina edən müdafiəçi Türkiyə klubu ilə anlaşdı FOTO

Azərbaycanın U-19 və U-21 yığmasında oynadıqdan sonra seçimini Türkiyə yığmasından yana edən Emre Kapla özünə yeni komanda tapıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasında oynamaqdan imtina edən müdafiəçi Türkiyə birinci liqasında yarışan “Adanaspor”la anlaşıb.

“Başakşehir” 21 yaşlı müdafiəçi Adana klubuna 1 illik müqaviləyə icarəyə verib.

O, ötən mövsümü icarə əsasında “Bodrumspor” və “Hatayspor”da keçirmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right