Rusiya klubu millimizin sabiq qolkiperinin oğlunu transfer etdi

Rusiya Premyer Liqasının təmsilçisi “Ximki” növbəti transferi həyata keçirib.

Newsport.az-ın məlumatına görə, Ximki təmsilçisi “Axmat”ın qolkiperi Vitali Qudiyevlə anlaşıb. 27 yaşlı qapıçı “Ximki” ilə bir illik müqavilə imzalayıb.

​Vitali, Azərbaycan millisinin qapısını qorumuş Kazimir Qudiyevin oğludur. Xatırladaq ki, bu komandada Azərbaycanla bağlılığı olan daha iki futbolçu İlya Sadıqov və Ayaz Quliyev də çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right