Mahir "Dinamo"nun ikinci komandasına göndərildi

Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Zaqreb "Dinamo"sunun əsas komandasında ayrı düşüb.

Newsport.az-ın məlumatına görə, 25 yaşlı forvard Xorvatiya təmsilçisinin ikinci komandası ilə birlikdə məşq edir. Bu barədə baş məşqçi Ante Çaçiç məlumat verib

Mahirin ikinci komanda ilə məşq etməsinin səbəbi zədədən sonra bərpa prosesi keçməsidir. Azərbaycanlı futbolçu ilə yanaşı Boşko Şutalo, Antonio Marin, Marko Bulat, Amer Qoya ikinci komanda ilə məşq edir.

Qeyd edək ki, "Dinamo" sabah Xorvatiya çempionatının ilk turu çərçivəsində "Lokomotiva"nı qəbul edəcək. Matç Bakı vaxtilə saat 22:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right