"Fənərbaxça" braziliyalı yarımmüdafiəçi transfer etdi

"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, "Flamenqo"nun yarımmüdafiəçisi Villian Arao ilə razılıq əldə olunub.

29 yaşlı futbolçu bu gecə İstanbula gedərək tibbi müayinədən keçəcək.

Qeyd edək ki, Villian Arao 2016-cı ildən "Flamenqo"da çıxış edir. O, bu mövsüm 34 matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right