"Sevilya" "Qalatasaray"dan aldığı futbolçuya 50 milyon avro qiymət qoydu

İspaniyanın "Sevilya" klubu "Qalatasaray"dan heyətinə qatdığı Markaonu ictimaiyyətə təqdim edib.

Newsport.az-ın məlumatına görə, Əndəlus təmsilçisi braziliyalı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzaladığını açıqlayıb.

"Sevilya" 26 yaşlı futbolçu üçün Türkiyə klubuna bonuslarla birlikdə 15 milyon avro ödəyəcək. "Qalatasaray" oyunçunun növbəti satışından da 10 faiz pay əldə edəcək. La Liqa təmsilçisi Markaonun sərbəstqalma məbləğini 50 milyon avro olaraq müəyyənləşdirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right