"Bəzi futbolçuların "Zirə" ilə oyuna qədər zədələnməməsi üçün diqqətli olmalıyıq"

"Makkabi"nin (Təl-Əviv) baş məşqçisi Vladimir İviç Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə" ilə qarşılaşacaqları oyundan danışıb. 

Newsport.az-ın məlumatına görə, İsrail mətbuatına danışan 45 yaşlı mütəxəssis komandasının hazırlığını da dəyərləndirib: 

"Biz fiziki hazırlığımızı yaxşılaşdırmalıyıq. Həddindən artıq çox işləyirik, futbolçular çox çalışır. "Zirə" ilə ilk oyuna bir ay qalmış hazırlıqlara başlamışdıq. "Zirə" ilə oyuna qədər bəzi futbolçuların zədələnməməsi üçün onlara qarşı diqqətli olmalıyıq. Ölkə xaricindəki toplanışımızı başa vurduq və İsrailə qayıdırıq. Çempionat və Konfrans Liqasının oyunlarına artıq İsraildə hazırlaşacağıq. Avropa arenasında bizi çətin oyunlar gözləyir. Bundan əvvəl də hələ çox işimiz var". (ONE)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right