"Əl Sədd" Santi Kazorla ilə müqavilə müddətini uzadıb.
Newsport.az-ın məlumatına görə, yeni müqaviləyə əsasən 37 yaşlı futbolçu 2027-ci ilin yayına qədər Qətərdə oynayacaq.
İspaniya millisinin sabiq futbolçusu 2020-ci ilin avqustundan Qətər klubunda çıxış edir.
Santi Kazorla əvvəllər "Vilyarreal", "Malaqa", "Arsenal"da forma geyinib.