Dembele "Çelsi" ilə razılaşmadı

"Çelsi" ilə danışıq aparan "Barselona"nın futbolçusu Usman Dembelenin London klubuna keçidi çətin görünür.

Newsport.az-ın məlumatına görə, fransalı yarımmüdafiəçi "zadəganlar"ın təklif etdiyi məbləğlə razılaşmır.

"Çelsi" futbolçuya "Barselona"nın təklif etdiyindən daha çox məbləğ verməyə hazır olsa da, bu, fransızı qane etmir.

Hazırda həm "Barselona", həm də "Çeli" yeni mövsümün hazırlığını planlaşdırdıqları üçün Dembeledən ən qısa zamanda cavab gözləyirlər.

Qeyd edək ki, Dembele ötən mövsüm La Liqada 20 matçda 1 qol vurub, 13 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right