“Real”ın prezidenti Florentino Peres, qapıçı Tibo Kurtua olmasaydı, Madrid komandasının Çempionlar Liqasını qazana bilməyəcəyinə inanan tənqidçilərə cavab verib.
Newsport.az-ın məlumatına görə, klub rəhbəri, Kurtuanı küçədən götürmədiklərini deyib:
“Çoxu Kurtua sayəsində Çempionlar Liqasını qazandığımızı düşünür. O, bizim oyunçumuzdur, biz onu küçədən, təsadüfən götürməmişik”.
Finalda “Liverpul”u 1:0 hesabı ilə məğlub edən “Real” 14-cü dəfə Çempionlar Liqasının qalibi olub. Bu görüşdə Kurtua qapıya gələn 9 zərbəni dəf edib.