“Messi “Barselona”ya qayıtsa, xoşbəxt olaram” Laporta

“Barselona”nın prezidenti Xuan Laporta Lionel Messinin kluba qayıtmasının tərəfdarıdır.

Newsport.az “Deportes Cuatro”ya istinadən xəbər verir ki, klub rəhbəri jurnalistin “Messinin geri qayıtmasını istərdinizmi” sualına “Bəli, əlbəttə istəyərəm. Xoşbəxt olaram” deyə, cavab verib.

Qeyd edək ki, bir müddət əvvəl argentinalı futbolçunun atasının “Barselona” ilə əlaqə saxladığı və Messinin mümkün qayıdışı ilə bağlı müzakirələr apardığı bildirilmişdi. Messi 2021-ci ilin yayında “Barselona”dan PSJ-yə keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right