Qvardiola: "Haalandın "Mançester Siti"də uğurlu olması üçün əlimizdən gələni edəcəyik"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola yayda komandasına qatılacaq Erlinq Haaland haqda danışıb.

Newsport.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis 22 yaşlı hücumçunun transferinin klub üçün doğru qərar olduğunu bildirib:

"Klubun gələcəyi üçün doğru qərar verildiyini düşünürəm. Ümid edirəm, Halland uzun illər uğurlu karyera yaşayar. Növbəti mövsümdə komandamıza mükəmməl şəkildə uyğunlaşacağına əminəm. Baş məşqçini yaxşı edən oyunçulardır. Haaland inanılmaz bir istedaddır və hələ gəncdir. "Mançester Siti"də uğurlu olması üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, "Mançester Siti" Dortmund "Borussiya"sından Erlinq Haalandı 75 milyon avroya heyətinə cəlb edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right