Levandovski özünü dəyərli hiss etmir

"Bavariya"nın futbolçusu Robert Levandovski"Bavariya"nı tərk etməyi düşünür.

Newsport.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Polşalı hücumçu rəhbərliyin qətiyyətsizliyi və yeni müqavilə ilə bağlı danışıqların ləng getməsindən narazıdır. Robert artıq özünü bu komanda üçün dəyərli hiss etmir. 33 yaşlı  forvardın Münhen təmsilçisi ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır.

Qeyd edək ki, Levandovski bu mövsüm "Bavariya" ilə bütün yarışlarda 45 oyunda 49 qol vurub və 6 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right