"Borussiya" Haalandın yerinə hücumçu transfer etdi

Erlinq Haalandı "Mançester Siti"yə satan "Borussiya" heyətini yeni hücumçu ilə gücləndirib.

 

Newsport.az xəbər verir ki, Dortmund təmsilçisi "Zaltsburq"dan Kərim Adeyemini transfer edib. Məlumatı Almaniya klubunun rəsmi saytı yayıb.

 

20 yaşlı forvardla 5 illik müqavilə imzalanıb. Gənc futbolçu yeni klubuna yayda qoşulacaq.

 

Kərim Adeyemi 2019-cu ildən "Zaltsburq"da çıxış edir. Almaniya millsinin üzvü cari mövsümdə Avstriya klubunun heyətində meydana çıxdığı 42 rəsmi matçda 23 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right