“Bayern”dən doğma meydanda heç-heçə

Futbol üzrə Almaniya Bundesliqasında 33-cü tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Bohum” “Arminiya”nı sınağa çəkib. Üç qolun qeydə alındığı oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Şənbə günü beş qarşılaşma baş tutub. “Köln” evdə “Volfsburq”a, “Frayburq” “Yunion”a, “Hoffenhaym” “Bayer”ə, “Herta” isə “Maynts”a uduzub. Səfərdə “Qroyter”lə qarşılaşan Dortmund “Borussiya”sı da turu qələbə ilə başa vurub.

Çempionluğu təmin edən “Bayern” bu turda “Ştutqart”la qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Almaniya Bundesliqası, 33-cü tur

6 may

Bohum – Arminiya 2:1
Qol: Polter, 22. Bello, 89-öz qapısına – Nilsson, 35.

7 may

Qroyter – Borussiya D 1:3
Qol: Nqankam, 70 – Brandt, 26; 72. Passlak, 77.

Köln – Volfsburq 0:1
Qol: Gerhardt, 43.

Frayburq – Yunion 1:4
Qol: Holer, 59 – Promel, 11. Trimmel, 30. Bekker, 41. Şafer, 90.

Hoffenhaym – Bayer 2:4
Qol: Rutter, 22. Baumqartner, 36 – Şik, 34; 76. Diabi, 73. Alario, 90+1.

Herta – Maynts 1:2
Qol: Selke, 45+5 – Vidmer, 25. Bell, 81.

8 may

Ayntraxt – Borussiya M 1:1
Qol: Pasiensiya, 66 – Plea, 4.

Bayern – Ştutqart 2:2
Qol: Qnabri, 35. Müller, 44 – Tomas, 8. Kalaydziç, 52.

Leyptsiq – Auqsburq 4:0
Qol: A.Silva, 40. Nkunku, 48; 57. Forsberq, 64.

Bombardir: Robert Levandovski (Bayern) – 34 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right