"Tottenhem" yarımmüdafiəçisi Oliver Skipplə yeni müqavilə imzalayıb.
Newsport.az-ın məlumatına görə, 21 yaşlı futbolçu ilə müqavilənin müddəti 2027-ci ilin iyununa kimi uzadılıb.
Qeyd edək ki, "Tottenhem"in yetirməsi olan Skipp bu mövsüm London təmsilçisiinin heyətində 28 matçda iştirak edib.