Erikseni xilas etdi, mükafat aldı

Danimarka millisinin və "Milan"ın futbolçusu Simon Kerin adı İtaliya Futbol Şöhrət Zalına daxil edilib.

Newsport.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Müdafiəçi Danimarka millisindəki komanda yoldaşı Kristian Eriksenin həyatını xilas etdiyinə görə "Davide Astori" mükafatını alıb.

Qeyd edək ki, Danimarka millisinin futbolçusu Eriksen iyunun 12-si Avro-2020-nin qrup mərhələsində Finlandiya ilə matçda huşunu itirərək, yerə yıxılıb. Futbolçuya ilkin müdaxiləni komanda yoldaşı Simon Kyaer və millinin həkimləri edib. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right