Kvaratsxeliya növbəti mövsüm "Napoli"yə keçəcək

Gürcüstanın "Dinamo" (Batumi) klubunun futbolçusu Xviça Kvaratsxeliya karyerasını İtaliya "Napoli"sində davam etdirəcək.

Newsport.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, 21 yaşlı vinger növbəti mövsümdən Neapol təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Xviça Kvaratsxeliya Batumi "Dinamo"suna Rusiyanın "Rubin" komandasından keçib. O, Kazan klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozub. X.Kvaratsxeliya Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right