Mərakeş millisinin baş məşqçisi Vahid Halilhodziç yeni rekorda imza atıb.
Newsport.az xəbər verir ki, 70 yaşlı mütəxəssis Mərakeş yığmasının DÇ-2022-yə vəsiqə qazanması ilə bu uğura nail olub. Onun komandası Konqoya 2:0 hesabı ilə qalib gəlməklə mundiala vəsiqəni təmin edib.
Bosniyalı mütəxəssis 4 müxtəlif komanda ilə mundialda iştirak hüququ əldə edən ilk baş məşqçidir. O, daha əvvəl Fil Dişi Sahili, Əlcəzair və Yaponiya millilərini dünya çempionatına aparıb.