Mbappeni zədələyən futbolçu ölümlə təhdid olunur

PSJ-nin yarımmüdafiəçisi İdrissa Qeye ölümlə təhdid olunur.

Newsport.az-ın məlumatına görə, buna səbbə seneqallı futbolçunun ötən gün baş tutan məşqdə Kilian Mbappenin zədələnməsinə səbəb olmasıdır.

İkili mübarizə zamanı 23 yaşlı hücumçunun ayağına zərbə endirən Qeye Paris klubunun azarkeşlərinin qəzəbinə tuş gəlib. Futbolçu özü və həyat yoldaşı təhdid mesajlarına görə instaqram profillərinin şərh bölməsini bağlayıblar.

Qeyd edək ki, sabah Çempionlar Liqası 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində "Real"la qarşılaşacaq PSJ-də Kilian Mbappenin meydana çıxmayacağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right