Kroos ÇL-in oyununu buraxacaq

"Real"ın futbolçusu Toni Kroos Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə cavab matçını buraxacaq. 

Newsport.az xəbər verir ki, bu barədə "Cope" məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçinin bud əzələsində yırtıq aşkarlanıb. Bu səbəbdən də o, sözügedən qarşılaşmada iştirak edə bilməyəcək. 

Qeyd edək ki, "Real" - PSJ matçı martın 9-u Bakı vaxtı ilə 00:00-da başlayacaq. Komandalar arasında ilk oyun PSJ-nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right