"PSJ-ni Çempionlar Liqasından kənarlaşdırmaq istəyirik"

"Oyundan əvvəl özümü yaxşı hiss edirəm. Şübhəsiz ki, çətin rəqibə qarşı ağır oyun olacaq. Onlar da bizim kimi Çempionlar Liqasını qazanmaq istəyirlər. Bu oyun final ola bilər. PSJ-ni yarışdan kənarlaşdırmaq istəyirik".

Newsport.az xəbər verir ki, bu sözləri "Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 finalında PSJ ilə bu gün keçiriləcək ilk oyun öncəsi  mətbuat konfransında deyib.

"PSJ-də keçirdiyim vaxtla bağlı gözəl xatirələrim var. Azarkeşlərin sayəsində orada işləməkdən həzz alırdım. PSJ əla komandadır. Poçettinonun üzərində böyük təzyiq olsa da, əla iş görür" - deyə o bildirib.

Mütəxəssis söyləyib ki, bu yüksək səviyyəli matçda qalib gəlmək onlar vacibdir: "Təbii ki, hər iki komanda təzyiq altındadır. Hər iki komanda üçün çətin olacaq. Çox düşünmək lazım deyil, oyuna hazırlaşmaq və təzyiqin öhdəsindən gəlmək lazımdır.

Düşünməli olduğumuz yeganə məqam maksimumumuzu necə göstərəcəyimizdir. Və biz bunu edəcəyik. Əminəm ki, oyunçularım 100 faiz motivasiyalıdırlar".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right