Messi PSJ-yə keçdiyinə peşman deyil

Argentina millisinin kapitanı Lionel Messi PSJ-də rahatdır .

Newsport.az "RMC Sport"a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu Parisdə özünü yaxşı hiss edir və PSJ-yə keçdiyi üçün heç peşman deyil. Qeyd olunur ki, Leo Paris həyatına tez uyğunlaşıb.

Messi ailəsi ilə birlikdə tez-tez restoranlara gedir. Məsələn, onlar bu yaxınlarda Eyfel qülləsinin yanında yerləşən restoranlarda olublar.

Futbolçunun ailəsi də Paris həyatına öyrəşib. Messinin övladları idmanla məşğul olurlar.

34 yaşlı forvard bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə keçirdiyi 20 oyunda 7 qol vurub və 7 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right