"Yuventus" B Seriyasına göndərilə bilər

Maliyyə pozuntularına yol verməkdə ittiham olunan "Yuventus" ciddi sanksiyalarla üzləşə bilər.

Newsport.az xəbər verir ki, Turin təmsilçisinin günahı sübuta yetirilsə, komandanın 2019/2020 mövsümündə qazandığı çempionluğu əlindən alınacaq.

Bundan başqa, "Qoca Sinyora"nın B Seriyasına göndərilmə təhlükəsi də var.

"Yuventus" rəhbərliyi 50 milyon avro məbləğində çirkli pulun yuyulmasında ittiham olunur. Turin polisi istintaqa lazım olan sənədləri toplamaq üçün klubun baş ofisində axtarış aparıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right