İspaniya millisinin üzvü London klubundan imtina etdi

İspaniya millisinin futbolçusu Pau Torres “Tottenhem”in təklifinə baxmayaraq “Vilyareal”da qalmaq istəməsilə bağlı danışıb.

Newsport.az xəbər verir ki, Torres məsələ haqda bunları deyib: “Doğma şəhərin komandası ilə Çempionlar Liqasında oynamaq istəyi daha çox idi. Klub mənim transferimdən çox pul qazana bilərdi. Amma klub prezidenti mənə təzyiq göstərmədi. Mən bunu xüsusi dəyərləndirirəm”.

Vilyarealda doğulan pau yalnız 2018/2019 mövsümündə “Malaqa” forması geyinib. Onun bütün karyerası “Vilyareal”la bağlıdı. 2019-cu ildən isə Torres İspaniya millisində çıxış edir.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right