"Uşaqlar üçün pis nümunə olduğumu deyirlər"

Belçika millisinin sabiq üzvü Raca Nainqolan sürücülük vəsiqəsindən məhrum edilib.

Newsport.az-ın məlumatına görə, “Antverpen”in üzvü sərxoş vəziyyətində avtomobil idarə etdiyi üçün bu cəzaya məruz qalıb.

Nainqolan düşdüyü vəziyyətə bu cür açıqlama gətirib: “Mən normal insanam. Bəzən hər kəs bir stəkan içki içir, doğrudu? Bunda pis bir şey görmürəm. Uşaqlar üçün pis nümunə olduğumu deyirlər. Həmişə olduğu kimi yaşamağa çalışıram. Başıma bir hadisə gələn kimi, dərhal qəzetlər yazmağa başlayır”.

​“Pyaçentsa”, “Kalyari”, “Roma”, “İnter” klublarında oynamış təcrübəli futbolçu 2021-ci ildən Belçikada oynayır.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah