Dadaşov Portuqaliyada ilk qolunu vurdu

"Tondela"da çıxış edən azərbaycanlı futbolçu Renat Dadaşov Portuqaliya çempionatında ilk qolunu vurub.

Newsport.az-ın məlumatına görə, o, 4-cü turda səfərdə "Braqa"ya 1:3 hesabı ilə uduzduqları matçda komandasının yeganə qolunun müəllifi olub. 79-cu dəqiqədə oyuna daxil olan 22 yaşlı hücumçu 7 dəqiqə sonra fərqlənib.

Qeyd edək ki, "Tondela" hazırda turnir cədvəlində 3 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right