“Bu, oyunun taleyini həll edən məqam oldu” – Enrike

İspaniya milli komandasının baş məşqçisi Luis Enrike AÇ-2020-nin qrup mərhələsinin 2-ci turunda Polşaya qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, Enrike, 1:1 hesabıyla bitən matçı belə şərh edib:

“Həqiqətən, bu oyunu yenidən izləyib, təhlil etmək istəyirəm. Oyunda üstün olsaq da, qələbə qazana bilmədik. Polşa millisinin oyununu bəyəndim. Bəzi yaxşı qol imkanları oldu.

Bəzi epizodlarda sadə oynamaqdansa, çətini seçdik. Penalti zərbəsində uğursuz olduq. Bu, oyunun taleyini həll edən məqam oldu”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right